Türkiyə ərazisi ilə 31 milyon barelə yaxın BTC nefti nəql olunub

25 Mart 2026 09:23 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 30,943 milyon barel neft nəql edilib. Bu barədə SİA Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 2,675 milyon barel və ya 7,9 % azdır.

Təkcə fevral ayında isə bu kəmər vasitəsilə 14,818 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 1,229 milyon barel və ya 7,6 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.