"Türkiyə yarım əsrdir davam edən qanlı oyunu pozub" - Ərdoğan

25 Mart 2026 02:18 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm fikirlər səsləndirib. Türkiyə mediasının yazdığına görə, terrorsuz Türkiyə yarım əsrdir davam edən qanlı bir oyunu pozub. SİTAT: "Bunu ilk dəfə Suriya şimalındakı hadisələrdə gördük. Birliyimiz və həmrəyliyimiz gücləndikcə, qardaşlığımız möhkəmləndikcə və silah və zorakılıq dövrü sona çatdıqca - mən bunu xüsusilə vurğulayıram - həmişə dediyimiz kimi, qazanan ölkəmiz olacaq, xalqımız və bölgəmizdəki qardaş xalqlar olacaq. Heç bir vətəndaşın buna şübhəsi olmasın.

Türkiyə olaraq, bu yeni vəziyyətə hazırlıqlarımızı görmüşük. Enerji təchizatı təhlükəsizliyimizi gücləndirmişik; resursların şaxələndirilməsini artırarkən daxili resurslarımızı işə salmışıq.", - Türkiyə lideri vurğulayıb.

Mətləb