Ötən gün Azərbaycanda iki avtomat silahı, 20 tüfəng aşkarlanıb

24 Mart 2026 10:48 (UTC+04:00)

Azərbaycanda martın 23-də iki avtomat silahı, 20 tüfəng aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bldirilib ki, ötən gün həmçinin 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.