Zelenski indi də Mozambik qazına ümid edir...

24 Mart 2026 01:03 (UTC+04:00)

"Ukrayna enerji resurslarının əlavə tədarükündə - xüsusən də Mozambikdən - maraqlıdır." SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Mozambik Prezidenti Daniel Çapo ilə apardığı danışıqların yekununda bəyan edib.

SİTAT: "Mozambik Prezidenti Daniel Çapo ilə Ukraynaya qaz tədarükü və təhlükəsizlik çağırışlarına qarşı fəaliyyət imkanlarını müzakirə etdik. Ukrayna enerji resurslarının əlavə tədarükündə maraqlıdır", - Zelenski öz "Telegram" kanalında yazıb.

Mətləb