Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb. Hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi Niyaməddin adlı şəxs törədib. Davaya səbəb tərəflər arasındakı borc məsələsi olub.
Dava-dalaş zamanı G. Həmzəyevə məxsus VAZ 2106 markalı maşın da əzilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təbirlər görülür.
Mətləb