"Sevilya" 52 yaşlı məşqçiyə qapını göstərdi

23 Mart 2026 22:16 (UTC+04:00)

Sevilya" baş məşqçisi Matias Almeydanı istefaya göndərib. SİA-nın məlumatına görə, La Liqa təmsilçisi 52 yaşlı argentinalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Almeydanın rəhbərliyi altında "Sevilya" ümumilikdə 32 matça çıxıb. Bu oyunlarda komanda 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 dəfə məğlubiyyətlə üzləşib. Hazırda İspaniya La Liqasında 15-ci pillədə qərarlaşan "Sevilya" düşmə zonasını cəmi 3 xal qabaqlayır.

Mətləb