Xərçəngi tətqiq edən Nobel mükafatçısı 90 yaşında öldü

23 Mart 2026 22:27 (UTC+04:00)

Xərçəngin genetik təbiəti ilə bağlı tədqiqatlarına görə Nobel mükafatçısı, amerikalı mikrobioloq Con Maykl Bişop 90 yaşında vəfat edib. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Onun martın 20-də San-Fransisko şəhərində pnevmoniyadan öldüyü bildirilir. Qeyd edək ki, Bişop 1989-cu ildə Harold Varmus ilə birlikdə xərçəngin öyrənilməsi üsulunu dəyişdirən kəşflərinə görə Nobel mükafatına layiq görülüb.

Mətləb