Şabranda külli miqdarda narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs edilib

23 Mart 2026 14:14 (UTC+04:00)

Narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən SİA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.