İbrahim Kalın HƏMAS liderləri ilə niyə görüşüb?

23 Mart 2026 10:38 (UTC+04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb. "Haber Global"ın təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, görüşdə İsrailin Fələstinə qarşı davam edən hücumları və qanun pozuntuları diqqət mərkəzində olub, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.

Bundan əlavə rəsmilər əsasən İsrail tərəfindən hücumların dayandırılmasını və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, İsrail atəşkəslə bağlı birinci mərhələdə üzərinə götürdüyü öhdəlikləri tam və dərhal yerinə yetirməlidir.

Mətləb