"Opel" qəza törətdi, 3 kənd işıqsız qaldı

23 Mart 2026 04:03 (UTC+04:00)

Cəlilabadda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hadisə rayonun Muğan kəndində baş verib.

Belə ki, Nurəli Niftullayevin idarə etdiyi "Opel" markalı avtomobil yol kənarındakı işıq dirəyini aşırdıb. Nəticədə Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.

"Azərişıq" ASC-nin əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.

Mətləb