Ukrayna qüvvələri Rusiyanın Bryansk bölgəsində “Buk” zenit-raket sistemlərini məhv edib. Bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert (Madyar) Brovdi Teleqramda bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın Bryansk bölgəsində mobil, çoxfunksiyalı, orta mənzilli “Buk-M3” zenit-raket sistemləri ekipajları ilə birlikdə, həmçinin “Buk-M2” buraxılış qurğusu məhv edilib.
Brovdinin sözlərinə görə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsində S-400 sistemindən “Triumf” radarı sıradan çıxarılıb.
Mətləb