"Hörmüz boğazını bağlayacağıq" - SEPAH Trampı hədələdi

22 Mart 2026 22:02 (UTC+04:00)

İran İslam Respublikası Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi ABŞ-nin ölkənin enerji infrastrukturunu hədəf alacağı təqdirdə Hörmüz boğazının bağlanacağını bəyan edib. Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Qərargah rəsmisi bildirib ki, ABŞ tərəfindən İranın elektrik stansiyalarına qarşı hər hansı təhdid reallaşarsa, dərhal ən ciddi cəza tədbirləri görüləcək.

Mətləb