Malayziyada Novruz bayramı qeyd olunub

22 Mart 2026 16:28 (UTC+04:00)

Azərbaycanın Malayziyadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Səfirlikdən SİA-ya bildiriblər ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir İrfan Davudov Novruz bayramının baharın gəlişini və yenilənməni təcəssüm etdirdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinin həmin bölgəyə dirçəliş və yeni həyat gətirməsinə diqqət çəkib.

Səfir bölgəyə sülhün gətirilməsində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, eləcə də onun reallaşmasında Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyinin rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan regionda və dünyada dayanıqlı sülh və inkişaf proseslərinə töhfə vermək siyasətini davam etdirmək əzmindədir.

Qeyd olunub ki, regionda mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmiz Novruz bayramını təhlükəsizlik və sabitlik şəraitində qeyd edir.

Bayram proqramı çərçivəsində Novruzun ənənəvi atributları olan səməni, şamlar və milli dekor elementləri nümayiş etdirilib, qonaqlara milli mətbəximizin nümunələri, Novruz şirniyyatları və çay süfrəsi təqdim olunub.