Nəriman Axundzadə debüt etdi, komandası uduzdu

22 Mart 2026 05:06 (UTC+04:00)

ABŞ-ın “Kolambus Kru” klubuna transfer olunan Nəriman Axundzadə bu komandada ilk oyununa çıxıb. O, MLS-in 5-ci turunda “Toronto” ilə matçda əvəzetmədən meydana daxil olub. O, 88-ci dəqiqədə Andre Qomesi əvəzləyib.

Qeyd edək ki, qarşılaşma N. Axundzadənin komandasının 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Mətləb