Oğuzda oğlunu bıçaqlayan ata həbs edildi

22 Mart 2026 03:02 (UTC+04:00)

Oğuz rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb