Türkiyənin xarici işlər naziri Hakan Fidan İran müharibəsi barədə danışıb. Türkiyə mətbuatının yazdığına görə, H.Fidan hesab edir ki, Fars körfəzi bölgəsindəki müharibə daha 2-3 həftə davam edə bilər.
Türkiyə XİN başçısının sözlərinə görə, müharibənin dayandırılması üçün əsas amil ABŞ-nin mövqeyidir: "Fars körfəzi ölkələrində müharibənin daha 2-3 həftə davam edəcəyinə dair qiymətləndirmələr səsləndirilir.
Əlbəttə, burada həlledici amil ABŞ-ın mövqeyi olacaq. İsrail isə ABŞ-yə təzyiq göstərməyə və atəşkəs razılaşmasının əldə olunmasına və ya sülhün tezliklə bağlanmasına mane olmağa çalışacaq."
Mətləb