Qax sakini hamamda yıxılıb öldü

22 Mart 2026 00:05 (UTC+04:00)

Qax şəhərində bədbəxt hadisə baş verib. Belə ki, 54 yaşlı kişi hamamda yıxılaraq ölüb. Hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Məlum olub ki, şəhər sakini - 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mətləb