Bakıdakı telefon mağazasından oğurluq olub. Bu barədə zərərçəkən şəxsin bacısı Aysu Məmmədova məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün səhər, Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Zabrat 2 dairəsi" adlanan ərazidə yerləşən telefon dükanında qeydə alınıb.
Ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunan oğurluq zamanı əvvəlcə naməlum şəxs mağazanın önündə əyləşərək ətrafı müşahidə edib. O, daha sonra qapını sındıraraq içəri daxil olub və buradan həm satış, həm də təmir məqsədilə qoyulmuş telefonları oğurlayıb.
Hadisə ilə bağlı 15-ci Polis Bölməsinə məlumat verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Mətləb