Ukrayna Silahlı Qüvvələri Saratovda neft emalı zavoduna zərbə endirib

21 Mart 2026 17:16 (UTC+04:00)

Zavodun neftin ikincil emalı qurğusu və RVS-10000 şaquli çəni zədələnib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya Federasiyasındakı Saratov Neft Emalı Zavodundakı hədəflərə zərbələr endiriblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 21 martda məlumat verib .

Sözügedən müəssisə neft emalı və işğalçı ordusunun ehtiyacları üçün istifadə olunan yanacaq-sürtkü yağlarının istehsalını təmin edir", - deyə açıqlamada bildirilir.

İlkin məlumata görə, neftin ikincil emalı qurğusu və RVS-10000 şaquli çəni zədələnib. Zərərin miqyası dəqiqləşdirilir.

Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı zavodlarından biridir. 2023-cü il etibarilə emal həcmi 4,8 milyon ton təşkil edib.

Xatırladaq ki, dünən gecə Rusiyada bir sıra partlayışlar baş verib və eyni anda bir neçə şəhərə - Saratov, Engels və Tolyatti şəhərlərinə təsir edib. Bu barədə Rusiya mediası və Ukrayna Telegram kanalları məlumat yayıb