...Bu gün qocalma əleyhinə və arıqlama maddələri olan peptidlərin təhlükəsizliyi mütəxəssislər arasında müzakirə mövzusudur.
Çoxları onların xərçəngə səbəb ola biləcəyinə inanır.
SİA xəbər verir ki, kosmetoloq və dermatoloq Tatyana Yeqorova NSN-ə verdiyi müsahibədə bu dərmanların nə vaxt təhlükəli ola və nə vaxt təhlükəsiz istifadə edilə biləcəyini izah edib
Mütəxəssisin sözlərinə görə, krem və serumlarda olan peptidlər tamamilə təhlükəsizdir.
Bunlar dərinin aktiv yenilənməsini təşviq edən amin turşuları zəncirləridir.
Topikal tətbiq edildikdə, onlar aqressiv deyillər. Tablet və ya inyeksiya şəklində olan peptidlər tamamilə fərqli bir məsələdir.
Onlar hazırda damar funksiyasını yaxşılaşdırmaq, beyin funksiyasını yaxşılaşdırmaq və hətta həddindən artıq arıqlamaq üçün geniş istifadə olunur.
Onların bir çoxu lisenziyalı olsa da və apteklərdə satılsa da, həkimlər onların nəzarətsiz istifadəsini tövsiyə etmirlər. ...Əlbəttə ki, inyeksiyalar və peptid tabletləri ixtisaslı həkim nəzarəti altında istifadə edilməlidir. Onlar çox güclüdür, - deyə ekspert bildirib.
Tatyana Yeqorova həmçinin vurğulayıb ki, müasir dünyada telefonlardan tutmuş qulaqlıqlara qədər xərçəngə səbəb ola biləcək çoxlu amillər var. Buna görə də, xəstəliklərin inkişafında yalnız peptidləri günahlandırmaq səhv olardı.
Nazlı Almuradova