...Dəməşqdə spirtli içki satışına məhdudiyyətlər tətbiq edilib.
SİA xəbər verir ki, AFP-nin məlumatına görə, artıq spirtli içki satışına yalnız xristianların yaşadığı ərazilərdə icazə veriləcək.
Suriya paytaxtı restoranlarda və gecə klublarında spirtli içki satışını tamamilə qadağan edib və "yerli sakinlərin ictimai əxlaqı pozan hərəkətlərin qarşısını almaq üçün çoxsaylı şikayət və xahişlərini" əsas gətirib.
Spirtli içkilər yalnız hökumət tərəfindən verilmiş icazə ilə təyin olunmuş pərakəndə satış məntəqələrində satıla bilər. Spirtli içki satan mağazalar məscidlərdən, kilsələrdən, məktəb və qəbiristanlıqlardan 75 metrdən, polis bölmələrindən və dövlət binalarından isə 20 metrdən çox məsafədə yerləşməlidir.
Hazırda spirtli içki satan mağazalara yeni qanuna riayət etmək üçün üç ay vaxt verilib.
Əli Babayev