"Bu qərar onların həyatını..." - Abbas Əraqçi ingilisləri HƏDƏLƏDİ

21 Mart 2026 03:02 (UTC+04:00)

"Britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir."

Bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

"Buna məhəl qoymayan cənab Starmer (Kir Starmer Böyük Britaniyanın Baş naziri – red.) Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır".- Əraqçi bildirib. O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.

Qeyd edək ki, Böyük Britaniya ABŞ-yə İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.

Mətləb