Xüsusi nümayiş tarixi məlum oldu - FOTOLAR

20 Mart 2026 20:32 (UTC+04:00)

“Ölümün verdiyi həyat” bədii filmi paralel talelərin kəsişdiyi, insan vicdanının ən ağır sınaqlardan keçdiyi sarsıdıcı psixoloji ekran işidir.


SİA xəbər verir ki, Bakı–Balakən qatarında müəllif ilə rejissorun təsadüfi başlayan bir söhbət bizi Sumqayıtda baş verən faciənin içinə aparır.

Hakim Barat Ataxanlı günlərdi doğru qərar vermək üçün çalışır. Səbəb isə aylar öncə yaşanan dəhşətli yol qəzası, dağılan bir ailə və xəstəxanada ölümə meydan oxuyan balaca qızcığaz.

Bu ilin 7, 8 və 9 May tarixində qanun, tibb və vicdan eyni nöqtədə toqquşacaq!

Film həyat və ölüm, günah və bağışlanma, qanun və mərhəmət arasında qalan insanların daxili mübarizəsini dərin psixoloji çalarlarla təqdim edir.

“Ölümün verdiyi həyat” filmi izləyicini susmağa, düşünməyə və ən əsası – öz vicdanı ilə üz-üzə qalmağa məcbur edən güclü bir ekran əsəridir.

Film Vüsal Cəbrayıloğlunun “Ölümün bəxş etdiyi həyat” romanı əsasında ekranlaşdırılıb. Filmin rejissoru Ramil Adiloğludur.

Nizami Kino Mərkəzində 7, 8 və 9 May tarixlərində filmin xüsusi nümayişi olacaq. Daha sonra film beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.