Neftçalada yolu keçən piyadanı maşın vurub öldürdü

20 Mart 2026 04:03 (UTC+04:00)

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mətləb