"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb. Ulduz futbolçu buna 1/8 final mərhələsinin "Qalatasaray"la cavab matçında (4:0) nail olub. Sözügedən görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 33 yaşlı forvard turnir tarixində 50 qol həddinə çatan ilk afrikalı futbolçu kimi tarixə düşüb.
Salah həmçinin bu matçla "Liverpul"un heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu rekordunu da yeniləyib. O, 82-ci matçına çıxaraq klubun əfsanəvi müdafiəçisi Ceymi Karraheri geridə qoyub.
Mətləb