“Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə türkdilli dövlətlərlə əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi istiqamətində tədbirlər müntəzəm olaraq keçirilir. Hesab edirəm ki, il ərzində bu tədbirlər bir-birini tamamlayaraq türkdilli dövlətlər arasında əlaqələri daha da sıxlaşdırır”.
Bu fikirləri SİA-ya açıqlamasında "Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə deyib.
Elçin Axundzadə bildirib ki, bu tədbirlərdə türkdilli dövlətlərin səfirləri, nümayəndə heyətləri, təşkilat rəhbərləri və cəmiyyətin müxtəlif sahələrindən fəal şəxslər iştirak edirlər: “Əsas məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi və cənab Prezidentin tapşırıqlarına uyğun olaraq inteqrasiya prosesinə dəstək verilməsidir”.