...Rusiya, uşaq hüquqlarının mümkün pozulması səbəbindən “Oskar” mükafatı qazanmış “Cənab heç kim Putinə qarşı” filmi ilə bağlı araşdırma aparılmasını tələb edib.
SİA xəbər verir ki, İnsan Hüquqları Şurasının nümayəndələri bu barədə Telegram kanallarında məlumat veriblər.
...Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Sahəsində Beynəlxalq Əməkdaşlıq üzrə Daimi Komissiya Oskar mükafatlandırma təşkilat komitəsinə və UNESCO-nun Baş katibinə "Cənab Heç Kim Putinə Qarşı" sənədli filminin çəkilişi zamanı yetkinlik yaşına çatmayanların hüquqlarına hörmət edilib-edilmədiyini yoxlamaq üçün müraciətlər göndərib.
Müraciətə səbəb filmdə Rusiya təhsil müəssisəsində çəkilmiş video görüntülərdən istifadə oluna bilməsi olub.
Lakin uşaqların valideynlərindən və ya qanuni qəyyumlarından razılıq alınmayıb.
Komissiya vurğulayıb ki, video görüntülərin əhəmiyyətli bir hissəsi məktəb tədbirləri zamanı qeydə alınıb və daxili təhsil məqsədli istifadə üçün nəzərdə tutulub.
İnsan Hüquqları Şurasının nümayəndələrinin qeyd etdiyi kimi, bu cür görüntülərin dərc edilməsi uşaq hüquqlarının qorunması üzrə beynəlxalq standartlara və yetkinlik yaşına çatmayanların şəkillərinin istifadəsi üçün etik normalara zidd ola bilər.
Təşkilat öz xahişində uşaqların iştirak etdiyi görüntülərin istifadəsi üçün bütün zəruri razılıqların alınıb-alınmadığını müəyyən etmək üçün araşdırma aparmağı təklif edib. Komissiya hesab edir ki, razılıq alınmadığı təqdirdə, filmin mükafatların verilməsi zamanı Akademiya tərəfindən tətbiq edilən hüquqi və etik tələblərə uyğun olub-olmadığını qiymətləndirməlidir.
Əli Babayev