...Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya 90 milyard avroluq kreditin verilməsini dayandırmaq qərarından sonra Aİ liderlərinin təzyiqi ilə üzləşə bilər.
SİA xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
Macarıstanın 90 milyard avroluq kreditin son anda blokadaya alınması digər Aİ liderlərini qəzəbləndirib, çünki Orban ötən ilin dekabr ayında Budapeştin iştirak etmək məcburiyyətində qalmaması şərti ilə maliyyələşdirmə müqaviləsinə razılıq verib.
Macarıstan, Slovakiya və Çexiya əvvəllər 24 Aİ üzv dövlətinin krediti qəbul etməsinə mane olmayacağına söz vermişdilər.
Aİ diplomatları Macarıstanın artıq razılaşdığı şeyə alternativ olmadığını israr ediblər.
...Razılaşma razılaşmadır. Deməli, B planı, C planı, D planı yoxdur. Bu (90 milyard avroluq kredit – A.B.) baş verməli olan şeydir, - deyə Aİ-nin yüksək vəzifəli diplomatı bildirib.
İkinci yüksək vəzifəli diplomat qeyd edib ki, Aİ B planını müzakirə edə bilməz.
Mənbəyə görə, Macarıstan hökumətinə qarşı tənqidlər getdikcə daha açıq olur.
Aİ rəsmisi Aİ sammitinə sədrlik edəcək Kostanın çərşənbə axşamı səhər Orbanla uzun bir telefon danışığı olduğunu bildirib.
...Mesaj çox aydın idi: 'Avropa Şurasında götürdüyünüz öhdəliklərə hörmət etməyinizi və 90 milyard avroluq kreditlə bağlı bu qərarın yerinə yetiriləcəyini gözləyirəm, - deyə rəsmi Kostadan sitat gətirərək bildirib.
Bəzi diplomatlar Orbanın seçkilərdən əvvəl geri çəkiləcəyinə şübhə ilə yanaşsalar da, sammitdən sonra sızdırılan kommunike layihəsində Aİ liderlərinin "aprelin əvvəlinə qədər ilk tranşı" gözlədikləri bildirilirdi.
Əli Babayev