Türkiyədən Azərbaycana gətirilən şaftalı, nektarin, gilasda Şarka virusu aşkarlanıb

19 Mart 2026 15:03 (UTC+04:00)

Türkiyədən Azərbaycana idxal olunan şaftalı, nektarin, gilas tingində Şarka virusu (yarpaqların saralmasına, meyvələrin keyfiyyətinin azalmasına səbəb olan xəstəlik -red) aşkarlanıb.

Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15 100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.