ABŞ Federal Ehtiyat Bankı baza faiz dərəcəsini dəyişməz saxlayıb...

19 Mart 2026 12:09 (UTC+04:00)

ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi (FED) iki günlük iclasdan sonra baza faiz dərəcəsini illik 3,5 faizdən 3,75 faizə qədər saxlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, müvafiq məlumat ABŞ tənzimləyicisinin rəsmi saytında 18 martda dərc edilib.

...Komitə federal fondlar dərəcəsi üçün hədəf diapazonunu 3,5 faizdən 3,75 faizə qədər saxlamaq qərarına gəlib.

Bəyanatda belə deyilir.

Bundan əlavə, Federal Ehtiyat Sistemi işsizlik səviyyəsinin son bir neçə ay ərzində dəyişməz qaldığını və inflyasiyanın "bir qədər yüksək" qaldığını qeyd edib.

Tənzimləyici həmçinin 2 faizlik inflyasiyaya nail olmaq öhdəliyini vurğulayıb. Yaxın Şərqdəki vəziyyətlə bağlı şərh verən Federal Ehtiyat Sistemi bunu ABŞ iqtisadiyyatı üçün qeyri-müəyyən adlandırıb.

Əli Babayev