İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb. Bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb. Məlumata görə, İranın qaz infrastrukturuna edilən hücumdan sonra qaz tədarükünün dayandırılması İraq elektrik şəbəkəsində 3 min meqavat enerjinin itirilməsinə səbəb olub.
Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemi pozulub və səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.
Mətləb