Ukrayna mediasının yazdığına görə, İspaniyanın Baş naziri Pedro Sançes 2026-cı ildə Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayırmaq planını açıqlayıb. SİTAT: "Mən Ukrayna Prezidenti Volodimir Zelenskiyə İspaniya hökuməti üçün iki prioritet istiqamətə yönəldiləcək yeni dəstək tədbirləri barədə məlumat verdim. Birincisi, 2026-cı il üçün hərbi dəstək məqsədilə 1 milyard avro məbləğində yeni öhdəlikdir. Beləliklə, münaqişənin əvvəlindən bəri İspaniyanın ümumi dəstəyi təxminən 4 milyard avro təşkil edəcək", - P.Sançes bildirib.
Hökumət başçısının sözlərinə görə, yardımın əhəmiyyətli hissəsi müdafiə sənayesi sahəsində birgə istehsala yönəldiləcək.
Mətləb