"Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. "iPaper" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın əsas hədəfi "Nyukasl"ın futbolçusu Sandro Tonalidir. Mançester təmsilçisi italyalı yarımmüdafiəçinin transferi üçün böyük məbləğdə vəsait xərcləməli olacaq.
Belə ki, "Nyukasl"ın öz aparıcı oyunçusunu komandada saxlamaq niyyətində olduğu və 26 yaşlı futbolçu üçün 100 milyon funt sterlinqdən (116 milyon avro) çox təzminat tələb edəcəyi bildirilir.
Mətləb