...Astronomlar dərin kosmosdan yayılan qeyri-adi dərəcədə güclü bir radio siqnalı aşkar ediblər - onun mənbəyi 8 milyard işıq ilindən çox məsafədə yerləşir.
Bu, qazla zəngin qalaktikalar toqquşduqda baş verən nadir bir fenomendir: bu şəraitdə molekullar intensiv radio dalğaları yaymağa başlayır və lazerə bənzər, lakin radio diapazonunda işləyən bir növ "kosmik gücləndirici" əmələ gətirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazır.
Bu siqnal o qədər parlaqdır ki, alimlər onun gücünün bu cür obyektlər üçün tipik dəyərləri aşa biləcəyindən şübhələnirlər. Onun yayıldığı sistem milyardlarla il əvvəl, Kainatın daha gənc olduğu dövrdə olduğu kimi müşahidə olunur.
Albert Eynşteynin proqnozlaşdırdığı bir təsir də rol oynayır: Yer ilə mənbə arasında nəhəng bir qalaktika yerləşir, cazibə qüvvəsi ilə kosmosu əyir və ötürülən şüalanmanı gücləndirir. Bu təbii “böyüdücü” sayəsində siqnal radio teleskopları üçün görünən hala gəldi, baxmayaraq ki, bu cür uzaq obyektlər adətən müşahidə üçün əlçatmaz qalır.
Əli Babayev