Azərbaycan və Çin enerji sahəsində investisiya imkanlarını müzakirə ediblər

18 Mart 2026 14:07 (UTC+04:00)

Azərbaycan və Çin arasında enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanları müzakirə olunub.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşümüzdə "SOCAR Green" MMC ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlarla bağlı müzakirələr apardıq. Enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanlarına toxunduq", -deyə nazir qeyd edib.