İki ay ərzində narkotiklə bağlı 529 nəfər tutulub

18 Mart 2026 12:08 (UTC+04:00)

Bu ilin iki ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilib.

Bu barədə SİA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 515-i kişi, 14-ü qadın olub. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 32 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.