Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq

18 Mart 2026 12:07 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edilib ki, Bakı metrosunda Novruz və Ramazan bayramları ilə əlaqədar intervallarda dəyişiklik ediləcək.

Belə ki, 20-21, 25-28 və 30 mart tarixlərində intervallar - "28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə, 22-24 və 29 mart tarixlərində eyni istiqamətdə 3 dəqiqəyədək olacaq.

Digər sahələr üzrə (20-31 mart) isə intervallar isə "Həzi Aslanov-Əhmədli" 7 dəqiqə, "Avtovağzal-8 Noyabr" 7 dəqiqə "Avtovağzal-Xocəsən" 14 dəqiqə təşkil edəcək.

Vurğulanıb ki, sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək.