“Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə ölkə olduqca mürəkkəb vəziyyətdə idi. Lakin o, bütün çətinliklərə baxmayaraq, böyük məsuliyyət hissi ilə fəaliyyətə başladı və taleyüklü qərarlar qəbul etdi”.
SİA xəbər verir ki, bu fikirləri YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin müdiri Ağaəli Hüseynov seçki iclasında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Ulu Öndərin dövlətə və xalqa bağlılığı hər zaman nümunə olub: “Hətta səhhətində ciddi problemlər olduğu dövrlərdə belə, o, fəaliyyətini dayandırmır, ölkəyə xidmətini davam etdirirdi. Bu, onun dövlətçilik anlayışının nə qədər yüksək olduğunu göstərirdi”.
Ağaəli Hüseynov vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə sabitlik təmin olunub və müharibənin genişlənməsinin qarşısı alınıb: “Bu, Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı və böyük nailiyyət kimi tarixə düşdü”.
O əlavə edib ki, bu gün həmin siyasi kurs uğurla davam etdirilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan güclənir, regionda mövqelərini daha da möhkəmləndirir”.
Çıxışında sülh məsələsinə də toxunan Ağaəli Hüseynov Azərbaycanın hər zaman dialoq və əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib: “Məsələlərin müharibə yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həlli daha məqsədəuyğundur”.
O, həmçinin görkəmli bəstəkar Üzeyir Hacıbəylinin fikirlərinə istinad edərək müharibə və qan tökülməsinin arzuolunan olmadığını diqqətə çatdırıb.
Ağaəli Hüseynov bildirib ki, dünyada baş verən gərgin proseslərə baxmayaraq, Azərbaycan sabitliyini qoruyur və inkişaf yolunda inamla irəliləyir. O, ölkəmizin qarşıya qoyduğu bütün məqsədlərə nail olacağına əminliyini ifadə edib.