Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilir.
SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclas çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilir.
Tədbirdə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin müdiri Ağaəli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək görülmüş işlər, həyata keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə məlumat verir.
İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, eləcə də YAP üzvü, SOCAR Baş ofisinin Həmkarlar Təşkilatının sədri Nazim Vəliyev iştirak edirlər.