Xəzər dənizində zəlzələ olub

18 Mart 2026 10:53 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10:10-da qeydə alınan zəlzələnin maqnitudası 3,6 olub.

Zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.