Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub - TƏCİLİ

17 Mart 2026 23:02 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bildirilib ki, diplomatlar bölgədəki son hadisələri və ikitərəfli münasibətləri müzakirə ediblər.

A. Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir. "İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Əraqçi qeyd edib.

Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mətləb