NATO ölkələri İran məsələsində Trampı tək qoyub - özü açıqladı...

18 Mart 2026 03:02 (UTC+04:00)

Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib. Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb. O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur. Onun sözlərinə görə, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-nin Yaxın Şərqdəki hərəkətlərində iştirak etməkdən imtina edib, baxmayaraq ki, onlar İranın nüvə silahına sahib olmasının yolverilməzliyi barədə ABŞ-nin mövqeyini dəstəkləyirdilər.

"Mən onların mövqeyinə təəccüblənmirəm, çünki biz onları qoruyuruq, onlar isə bizim üçün heç nə etmirlər, xüsusilə ehtiyac anında", - Tramp vurğulayıb.

Mətləb