İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

17 Mart 2026 16:59 (UTC+04:00)

2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə SİA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.