Novruz bayramında necə qidalanmaq lazımdır? - EKSPERT AÇIQLADI

17 Mart 2026 14:34 (UTC+04:00)

“Ramazan bayramında düzgün qidalanma sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Sahur zamanı çovdar çörəyi, yulaf, bulqur və digər tam taxıllı məhsullar seçmək məsləhətdir”.

Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Seymur Qafarov deyib.

Onun sözlərinə görə, bu cür qidalar uzunmüddətli enerji verir və gün ərzində təzyiqin sabit qalmasına kömək edir:

“İftar vaxtı isə daha yüngül yeməklərə üstünlük verilməlidir. Şorbalar, tərəvəz yeməkləri, az yağlı ət və balıq orqanizm üçün daha uyğundur.

Mütəxəssislər şirniyyatlara da diqqətli yanaşmağı tövsiyə edirlər. Şərbətli və yağlı şirniyyatlar əvəzinə meyvə və quru meyvələr daha sağlam seçim sayılır.

Gün ərzində yaranan susuzluğu aradan qaldırmaq üçün iftarla sahur arasında kifayət qədər su içmək vacibdir. Novruz süfrəsində tez-tez rast gəlinən plov, şəkərbura, paxlava və digər ağır yeməklər xüsusilə təzyiq problemi olan şəxslər üçün risk yarada bilər. Bu səbəbdən plovun az yağlı və duzsuz hazırlanması, tərəvəzli variantlara üstünlük verilməsi tövsiyə olunur. Şirniyyatlar isə az miqdarda yeyilməli və şəkərsiz çayla balanslaşdırılmalıdır.

Ət yeməklərinə gəldikdə isə qızartmalardan və çox yağlı qovurmalardan uzaq durmaq daha doğrudur. Toyuq və balıq daha sağlam alternativlərdir. Eyni zamanda ispanaq, şüyüd və keşniş kimi göyərtilərin bol istifadəsi həm vitamin təmin edir, həm də təzyiqin tənzimlənməsinə kömək edir.

Sonda qeyd olunur ki, duz təzyiqi artıran əsas amillərdən biridir, buna görə də bayram süfrəsində duzlu qidalar minimuma endirilməlidir. Yağlı yeməklər, xüsusilə heyvani yağlar damar gərginliyini artırır, bu səbəbdən bitki yağlarından az miqdarda istifadə etmək daha məqsədəuyğundur. Şirniyyatlar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər və bu da təzyiqə təsir edir. Həmçinin tünd qara çay və qəhvənin çox qəbulu təzyiqi yüksəldə bilər, buna görə yaşıl çay və bitki çaylarına üstünlük verilməsi daha faydalıdır”.