İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani İslam dünyasına və müsəlman dövlətlərinə ünvanlanan 6 bəndlik müraciətlə çıxış edib. İran rəsmisi bəyanatında regionda baş verən hadisələr fonunda İslam ölkələrinin mövqeyini sərt tənqid edib.
Laricani bildirib ki, İran danışıqların getdiyi bir vaxtda ABŞ və İsrailin planlı təcavüzü ilə üzləşib. Onun sözlərinə görə, hücumların məqsədi ölkəni parçalamaq olub və nəticədə İslam İnqilabının rəhbərliyi ətrafından olan şəxslər, mülki vətəndaşlar və hərbi komandirlər həlak olublar. İran rəsmisi iddia edib ki, buna baxmayaraq, ölkə daxilində güclü milli və islami müqavimət formalaşıb.
Laricani ABŞ və İsraili “böyük və kiçik şeytan” adlandıraraq bildirib ki, İran bu qüvvələrə qarşı müqavimət yolunu davam etdirəcək. O, eyni zamanda, müsəlman ölkələrinin mövqeyini tənqid edərək bunu İslam həmrəyliyi prinsiplərinə zidd addım kimi qiymətləndirib və sual edib: “Əgər bir müsəlmanın fəryadına cavab vermirsinizsə, bu necə müsəlmanlıqdır?”
Mətləb