"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq 13-cü dəfə təşkil olunan Qlobal Bakı Forumu müasir dünyanın liderlər, keçmiş dövlət başçılarını və tanınmış ekspertləri bir araya gətirərək qlobal böhranlara qarşı birgə həll yollarının axtarılmasında həlledici rol oynayan ən mühüm geosiyasi platformalarından biri kimi çıxış edərək, beynəlxalq münasibətlərin gələcəyini formalaşdıran mərkəzə çevrilmişdir. Xüsusən Vətən müharibəsindəki şanlı qələbə və antiterror tədbirlərinin uğurla nəticələnməsi Azərbaycanın regiondakı hərbi-siyasi çəkisini daha da artırması, Prezident İlham Əliyevin isə beynəlxalq miqyasda qətiyyətli lider obrazını daha da möhkəmləndirməsi fonunda Qlobal Bakı Forumuna marağı artmış, platforma dünyanın ən nüfuzlu beyin mərkəzlərindən birinə və qlobal çağırışların müzakirə olunduğu strateji proses kimi çıxış etməyə başlamışdır. Daha dəqiq desək, artıq forum iştirakçıları haqlı olaraq Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüququ təkbaşına icra edən və yeni reallıqlar yaradan güclü bir dialoq mərkəzi kimi baxırlar".
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin bu platformadakı çıxışları və təklifləri beynəlxalq nizamın yenidən qurulması üçün mühüm yol xəritəsi rolunu oynamaqla bərabər həm qlobal çağırışlara qarşı kollektiv mübarizəni stimullaşdırır, həm də ölkəmizin sadəcə regional deyil, həm də dünya miqyaslı siyasi proseslərin istiqamətini müəyyən edən intellektual və diplomatik güc mərkəzi olduğunu təsdiqləyir:
"Ötən period ərzində Qlobal Bakı formunun Günün dünyasında birgəyaşayış, Müasir dünyada ortaq dil və dəyərlər, Yeni dünya nizamında etimadın bərpası, Çoxqütblü dünyaya doğru, Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar, İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması, Dünyanın yeni xarici siyasəti, COVID-19-dan sonrakı dünya, Qlobal dünya nizamına təhdidlər, Dünya bu gün: Çağırışlar və ümidlər, Parçalanmış dünyanın bərpası, Gələcəyin xarici siyasəti “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzularına diqqət etsək, həqiqətən tədbirin Azərbaycanın beynəlxalq arenada yumşaq gücünü artırmaqla yanaşı, Bakını mühüm siyasi dialoq paytaxtı kimi təqdim edir. Xüsusən ötən dövrdə cənab İlham Əliyevin proseslərə aydın və korrekt baxış nümayiş etdirə bilməsi, praqmatik proqnozlaşdırma Qlobal Bakı Forumuna beynəlxalq proseslərin gedişatını qabaqlamağa, doğru yol xəritəsini ortaya qoymağa imkan vermiş, Azərbaycan məhz Qlobal Bakı Forumu vasitəsilə, dünyanı narahat edən pandemiyadan tutmuş ekoloji böhranlara və enerji təhlükəsizliyinə qədər ən aktual məsələlərdə operativ təşəbbüslər irəli sürən strateji bir mərkəz kimi çıxış etmişdir. Cənab İlham Əliyev hər kəsdən öncə məhz bu forum çərçivəsində təhlükəsizlik və Beynəlxalq Hüquq mövzusunu qabardaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasınən beynəlxalq sistemdə "etimad böhranı" yaratdığını bildirməsi, onun rəhbərliyi altında isə Azərbaycan bu qətnamələri təkbaşına icra edərək nümunə göstərməsi, habelə, güc amili və ədalət arasında balans tezisini praktik mərhələyə keçirməsi, sülhə nail olmaq üçün bəzən hərbi güc və siyasi iradənin vəhdəti qaçılmaz olsa da, istənilən halda "Güclü olanın haqlı olduğu yox, haqlı olanın güclü olduğu" dünya nizamı qurulmasının zərurətində israr etməsi, separatizmə qarşı nümayiş olunan barışmaz mövqeyi, istənilə regionda separatizmin və "boz zonaların" mövcudluğunun qlobal təhlükəsizlik üçün əsas təhdid olmasını bildirməsi sonrakı dövrdə dövlət başçımızın nə qədər haqlı olduğunu üzə çıxardı.
Eyni zamanda Forum Qlobal Həmrəylik və Humanitar Təşəbbüslər üçün önəmli müstəvi olmuş, xüsusən "Peyvənd millətçiliyi" ilə mübarizə fomunda Pandemiya dövründə zəngin ölkələrin vaksinləri mənimsəməsi tənqid olunmuş, Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi "ədalətli bölgü" təşəbbüsü önə çəkilmişdir. Bundan başqa Bakı Prosesi vasitəsilə mədəniyyətlərarası dialoqun sülh üçün yeganə alternativ olduğu vurğulanmış, "Parçalanmış dünyanın bərpası": Qütbləşən dünyada fərqli siyasi sistemlərin ortaq maraqlar ətrafında birləşməsinin zəruriliyi əsaslandırılmışdır. Habelə Azərbaycan məhz bu forum çərçivəsində enerji təhlükəsizliyinin elə milli təhlükəsizlik anlamına gəldiyi tezisini əsaslandıraraq Avropanın enerji xəritəsini dəyişən layihələrin həm də sabitliyin sütunu olduğunu əsaslandırmışdır. Nəticə etibarı ilə bu gün məhz Orta Dəhlizin inkişafı ilə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının birləşdirilməsi qlobal təchizat zəncirini qorumaqda, Azərbaycan isə bu prosesdə rolunu artırmışdı. Bir sözlə bu illər ərzində görünən odur ki, Forum çərçivəsində aparılan müzakirələr təkcə regional məsələləri deyil, həm də iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni dünya nizamı kimi fundamental mövzuları əhatə edərək qlobal gündəliyi diktə edir.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu da məhz eyni ideya və məzmunu daha da inkişaf etdirərək cari dövrdə yeni şəraitdə meydana çıxan situasiyaya ümumi baxış istiqamətlərinin müəyyən edilməsi üçün mühüm platformaya çevrilə bildi. Xüsusən Rusiya-Ukrayna, İran və İsral-ABŞ arasında gərginləşən müharibə, o cümlədən dünyanın bir çox bölgələrində ağırlaşan geosiyasi vəziyyət fonunda Azərbaycanın Cənubi Qafqazda 30 ildən artıq davam etmiş bir münaqişəyə son qoyması nəticəsində yaratdığı sülh konfiqurasiyası bizə Bakıdan qlobal sülh tezislərini dünya üçün kommunikasiya etmək hüququ verir. Xüsusən ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin imzalanmasının ardınca regionda müşahidə olunan de-fakto sülh, uzunmüddətli düşmənçilik münasibətinin ardınca Azərbaycan və Ermənistan arasında ilkin ticari əlaqələrin bərpa olunması Azərbaycan liderinə sülh və müharibə anlayışlarını qlobal auditoriya üçün təhlil etmək hüququ verir. Dövlət başçımızın Forumdakı tarixi çıxışında da ifadə etdiyi kimi, Azərbaycan sülh və müharibə şəraitini müqayisə edə bilir və heç şübhəsiz ki, bu gün təhlükəsiz və sabit yaşam bütün amillərdən öndə gəlir. Məhz sülh şəraiti digər layihələrin, o cümlədən qlobal enerji və nəqliyyat layihələrinin təhlükəsiz realizəsi üçün yeganə və əsas şərtdir. Öz güc və imkanları hesabına bir sıra hallarda məcburetmə tədbirləri tətbiq etməklə regiona sülh gətirən Azərbaycan artıq haqlı olaraq regionun və dünyanın gündəminin inkişafa çevrilməli olduğunu, xüsusən enerji təhlükəsizliyinin təmini istiqamətində iqtisadi və siyasi resursların bərqərar olunması zəruriliyini irəli sürməkdədir.