Bloqçu Viktoriya Bonya rusları üsyana çağırdı...

16 Mart 2026 19:32 (UTC+04:00)

...SİA yazdıqlarına qayıdır...

...Rusiyalı televiziya aparıcısı və bloger Viktoriya Bonya Novosibirsk vilayəti sakinlərinin mal-qarasının müsadirə edilərək məhv edilməsi ilə bağlı vəziyyəti şərh edib.

Deməli, martın 3-də İnstaqramda yayımlanan videoda o, yerli hakimiyyət orqanlarının hərəkətlərini kəskin tənqid edib və fermerlərin kömək üçün ona müraciət etdiyini bildirib.

Bonyanın sözlərinə görə, bir çox kənd sakinləri üçün mal-qara sadəcə məişət əşyası deyil, əsas gəlir mənbəyi və minimum həyat səviyyəsini qorumaq vasitəsidir.

O, heyvanların həqiqətən yoluxduğu təqdirdə tədbirlərin görülməsinin vacibliyini başa düşdüyünü, lakin sağlam heyvanların da müsadirə edilə biləcəyinə inandığını qeyd edib.

Bloger həmçinin internet məhdudiyyətlərinə toxunub, populyar platformaların bloklanmasından və ümumilikdə nəzarətin sərtləşdirilməsindən narazılığını bildirib.

Bundan əlavə, Bonya ev dustaqlığında xərçəng diaqnozu qoyulmuş blogger Valeriya Çekalinanın (Lerçek) hekayəsini xatırladıb.

Bonya bildirib ki, bu cür hallar ölkədəki mövcud vəziyyətlə bağlı ciddi suallar doğurur və ictimaiyyəti daha fəal şəkildə mövqeyini bildirməyə çağırıb.

Bloqqer “hamı ayağa qalxsın və üsyan etsin” təklifini edib.

SİA-nın dünən də yazdığı kimi,.. əvvəllər Novosibirsk vilayətinin bir neçə kəndində hakimiyyət orqanlarının yerli sakinlərdən mal-qaranı müsadirə edib məhv etməyə başladığı bildirilirdi.

Rəsmi səbəb pasterellyoz və quduzluq epidemiyaları səbəbindən tətbiq edilən karantin göstərilirdi.

Lakin fermerlər iddia edirlər ki, sağlam heyvanlar da müsadirə olunur və bir çox ailələr üçün onların fermaları yeganə gəlir mənbəyidir.

Əli Babayev