Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti mart ayının 16-da - peşə bayramı günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın məlumatına görə, əvvəlcə Fəxri xiyabana gələn Agentliyin rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Agentliyin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Mətləb Salahov