Azərbaycan millisinin yeni baş məşqçisi Rui Jorje ictimaiyyətə təqdim olunub

16 Mart 2026 14:26 (UTC+04:00)

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi Rui Jorge ictimaiyyətə təqdim olunub.

SİA xəbər verir ki, bu münasibətlə keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssisin təyinatının detalları açıqlanıb.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, onun məşqçilər korpusunda iki portuqaliyalı köməkçisi olacaq: “Həmçinin yerli məşqçi də yığmada fəaliyyət göstərəcək. Hazırda bu barədə ətraflı məlumat verə bilmirik. Yaxın vaxtlarda həmin məşqçinin kimliyi açıqlanacaq”.

Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illərdə həmin klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının sükanı arxasına gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.