Qəbul imtahanlarının tarixi açıqlanıb

16 Mart 2026 10:39 (UTC+04:00)

Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb.

Dövlər İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, qəbul imtahanında iştirak üçün bu gündən başlayan qeydiyyat prosesi aprelin 29-dək davam edəcək.